57 yaşlı kişi özünü silahla vurdu
Bizi izləyin

Hadisə

57 yaşlı kişi özünü silahla vurdu

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Bakıda 57 yaşlı kişi tapançadan başına atəş açaraq özünü öldürüb.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu intihar etmək məqsədilə yaşadığı evdə "Makarov" markalı tapança ilə başına atəş açıb. İ.Dadaşov hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm