• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Oğuzda itlər şagirdlərə hücum etdi - Əhali qorxu içində - FOTO/VİDEO

  • Hadisə
  • 10 Mart 2017 23:06
  • 344 Baxış
Oğuzda itlər şagirdlərə hücum etdi - Əhali qorxu içində

Sahibsiz itlər yenə də dişlərinin gücünü sınayıb.

Publika.az xəbər verir ki, bu dəfə hadisə Oğuzun Padar kəndində məktəbdə baş verib. Vəhşi itlər məktəblilərə hücum çəkiblər. Hadisə səhər saatlarında məktəbin həyətində baş verib. Yaxınlıqda olan müəllim və valideynlərin köməkliyi ilə çətinliklə uşaqlar itin əlindən alınıb. Hadisədən sonra məktəblilər dərhal xəstəxanaya çatdırılıb.

Uşaqlara ilkin tibbi yardım göstərilib, vaksin vurulduqdan sonra evə buraxılıblar. Sakinlər bildirir ki, buna bənzər hadisə kənddə dəfələrlə baş verib.

Bununla bağlı aidiyyatı qurumlara da məlumat verilib. Hadisədən sonra isə təbii olaraq, uşaqlar məktəbə təşviş içində gedib-gəlir.

Murad Ustakişiyev (xəsarət alan uşaq): "İt məktəbdə dişlədi. Müəllim dedi ki, çıxıb 2 saat oynuyun. Uşaqlarla oynadığım yerdə it dişlədi". (ARB Şəki)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>