Ucarda iki yük maşını toqquşdu - Ölən var
Bizi izləyin

Hadisə

Ucarda iki yük maşını toqquşdu - Ölən var

Ölümlə nəticələnən yol qəzası baş verib.

Səhər saatlarında Ucarın Mürsülü kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qəza “Hyundai” və “Howo” markalı iki yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Hyundai” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm