Bakıda tutulan erməniyə hökm oxundu - 8 il
Bizi izləyin

Hadisə

Bakıda tutulan erməniyə hökm oxundu - 8 il

Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Bakıda həbs edilən Erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanova hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Marat Ueldanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

"Onun əsl soyadı Qalustyan olub. Bakıda erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”- deyə bacısı bildirib. (teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm