Masallıda yük maşını aşdı, yolda tıxac yarandı - - FOTO
Bizi izləyin

Hadisə

Masallıda yük maşını aşdı, yolda tıxac yarandı - - FOTO

Yük maşınını yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub.

Masallıda yük avtomobili aşıb, nəticədə avtomagistralda nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

Publika.az xəbər verir ki, hadisə Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran sakininin idarə etdiyi 90 JF 334 dövlət nömrə nişanlı qum-çınqılla dolu yük maşını idarəetməni itirərək aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almasa da, yük maşınına ciddi ziyan dəyib.

Yük maşınını yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub.

Hadisəyə səbəb kimi yük maşınının qarşısına azyaşlı uşağın çıxması nəticəsində sürücünün idarəetməni itirməsi göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm