Hadisə
Telefon zəngi ölümünə səbəb oldu - Qusarda
Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az Report.az-a istinadən xəbər verir ki, 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib.
İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb. Onun yanında olan həmkəndlisi, 55 yaşlı Balamət Cavid oğlu Balabəyov isə yüngül xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Balamət Balabəyov polisə ifadəsində günorta nahar fasiləsində İman Cəbrayılovla 1 şüşə spirtli içki qəbul etdiklərini bildirib.
Qusar Rayon Prokurorluğu faktın araşdırılmasına başlayıb. Mərhumun içkili olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO