Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm