Hadisə
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu
Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub.
Hadisə iyulun 22-də, gecə saatlarında baş verib.
Oğrular Xətai rayonu ərazisində yerləşən "TNT" kuryer şirkətinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.
Oğrular müşahidə kameralarının görüntülərini toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə UPS deyilən stabilizatoru götürüblər.
Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır.
Şaiq Qərib oxu.az-a açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: "Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu