Maşallah Əhmədovun cəzası 6 il YÜNGÜLLƏŞDİRİLDİ - QƏRAR
Bizi izləyin

Hadisə

Maşallah Əhmədovun cəzası 6 il YÜNGÜLLƏŞDİRİLDİ - QƏRAR

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə ekspertizanın rəyi açıqlanıb.

Maşallah Əhmədovun vəkili bildirib ki, 35 min 650 manat pulu məhkəmənin depozit hissəsinə ödəyiblər.

Daha sonra hakimlər apelyasiya şikahyəti üzrə qərar elan ediblər. Qərara görə, Maşallah Əhmədovun barəsində çıxarılan hökm dəyişdirilib.

Onun cəzası 8 ildən 2 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkillərti apelyasiya şikayəti verib.

Müdafiəçilər müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyirlər.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm