Qazaxda AĞIR QƏZA - Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Qazaxda AĞIR QƏZA - Ölən və yaralananlar var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə yolun Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Qasımov Samir Bəhrəm oğlu hadisə yerində ölüb. Qəza zamanı “Opel”in sürücüsü Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Elvin və sərnişin 1992-ci il təvəllüdlü Əhmədov Elvin müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm