Erməni Bakıda məhkəmə qarşısında
Bizi izləyin

Hadisə

Erməni Bakıda məhkəmə qarşısında

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Publika.az teleqraf.com-a istinadən məlumata görə, Marat Ueldanovun apellyasiya şikayəti araşdırılması üçün hakim Əflatun Qasımovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası avqustun 4-nə təyin edilib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm