Kürdəmirdə yol qəzası - Ölən var - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Kürdəmirdə yol qəzası - Ölən var - - FOTO/VİDEO

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.
Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qalib Əlmusa oğlu Qasımov idarə etdiyi "Lifan" markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan F. Əsgərov hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. (ARB TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm