Hadisə
Ər və arvadı sakitləşdirmək istədi, bıçaqlandı - - FOTO
Bu gün axşam saatlarında Astara rayonunun Ərçivan kəndində törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.
"Report" xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Yerli sakinlərin bildirdiklərinə görə, 1969-cu il təvəllüdlü Rəhimov Əfqan Tariel oğlu ailə münaqişəsi zəminində 1968-ci il təvəllüdlü həyat yoldaşı Rəhimova xanım Yədullah qızı ilə mübahisə edib. Bu zaman səsə qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü Kərimov Ağarəhim Əbdülrəhim oğlu gəlib. Gənc oğlan ər və arvadı sakitləşdirmək istəyərkən kişi əvvəlcə qadını, daha sonra Ə.Rəhimovu bıçaqlayıb.
Yaralıların hər ikisi Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan A.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Polis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO