Sərnişin avtobusu qəza törətdi: 7 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Sərnişin avtobusu qəza törətdi: 7 nəfər xəsarət aldı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. Bir nəfərin - 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm