Hadisə
İnstaqramda evli qadını şantaj edib 10 000 manatını aldı - AZƏRBAYCANDA
Sosial şəbəkələrdə tanış olduğu qadınları hədələyərək onlardan pul tələb edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Publika.az DİN-nə istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən müxtəlif sosial şəbəkələrdə insanların etimadını qazanan və daha sonra tanış olduqları şəxsləri hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın “İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Siyəzən rayon sakini Cavad Ağarəşidov qeyd edilən miqdarda pulu qadından alan zaman saxlanılıb.
Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edən oxşar qanunazidd əməllə üzləşən daha bir xanım da tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 10000 manat aldığını və yenidən 2000 manat tələb etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
S.İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.
Göstərilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qadınlara hədə-qorxu gələrək onlardan pul tələb edən gördüyünüz bu şəxslərin əməllərindən başqa zərərçəkənlər varsa, bu barədə Baş İdarəyə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.Vətəndaşlara isə sosial şəbəkələrdə tanış olduqları insanlarla ünsiyyət quran zaman diqqətli olmaları və şəxsi məlumatları gizli saxlamaları tövsiyyə olunur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR