Şəmkirdə qəza: "Niva" aşdı
Bizi izləyin

Hadisə

Şəmkirdə qəza: "Niva" aşdı

Şəmkirdə ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

“Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm