Hadisə
Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı öldü - (YENİLƏNDİ)
Türkiyədə partlayış zamanı dünyasını dəyişən azərbaycanlı tələbənin adı məlum olub.
Türkiyədə təhsil alan, Samux rayonunun Qarabağlılar kənd sakini, 1998-ci il təvəllüdlü Murad Etibar oğlu Allahverdiyevin yaşadığı evdə qaz sobası partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı Nurlan və onun valideynləri xəstəxanaya yerləşdirilib. N.Alllahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb. Onun valideynləri isə Azərbaycana yola salınıb. Bu gün Nurlanın meyiti Azərbaycana göndəriləcək.
Məlumata görə, valideynlərinin Nurlanın ölümündən xəbəri yoxdur.
***
Türkiyədə azərbacanlı tələbə partlayış zamanı ölüb.
Bu barədə dünyasını dəyişən tələbənin qohumları məlumat verib.
Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı
1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib. (report)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi