Göyçayda avtobus qəzası - 3 nəfər...
Bizi izləyin

Hadisə

Göyçayda avtobus qəzası - 3 nəfər...

Göyçay rayonunda sərnişin daşıyan mikroavtobus aşıb. Hadisə rayonun Bığır kəndindən keçən hissəsində baş verib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

“Xəsarət alan şəxslərin hamısı Mərkəzi Xəstəxanaya yerləşdirilib. Onlardan ikisi yüngül xəsarətlər alıb. Hər iki şəxsə yardım göstərilib, evə buraxılıb. Bir nəfər 1956-cı il təvəllüdlü Göyçay sakini Nazilə Rəsimova adlı qadının sol ayağı sınıb və stresslə bağlı baş ağrısı şikayətləri var. Qadının ayağı rentgen olunandan sonra ona lazımi müalicə tədbirləri həyata keçiriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm