Salyanda narkotik alverçisi tutuldu
Bizi izləyin

Hadisə

Salyanda narkotik alverçisi tutuldu

Salyan rayonunda narkotik alverçisi saxlanılıb.

Publika.az xəbər verir ki, Salyan rayon Polis Şöbəsinin əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Salyan sakini, 1959-cu il təvəllüdlü Məmmədov İbrahim Oktay oğlu şübhəli şəxs qismində saxlanılıb. İbrahim Məmmədovun üzərinə baxış zamanı ondan 1 ədəd kibrit qutusunda və 9 ədəd selofan bükümdə, ümumi çəkisi 25 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm