Bakıda tanışların içki məclisində qanlı dava - Təfərrüat
Bizi izləyin

Hadisə

Bakıda tanışların içki məclisində qanlı dava - Təfərrüat

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Suraxanı qəsəbəsində 1961-ci il təvəllüdlü Adil Səfərov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, Adil Səfərov qəsəbə ərazisindəki kafelərdən birində tanışı ilə yeyib-içib. Sərxoş olan tanışlar daha sonra bir-birləri ilə söyüşlə zarafat ediblər.

Onların zarafatı sonradan bir-birlərinə xoş gəlməyib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübhisə zamanı Adil Səfərova tanışı stolun üstündə meyvə soymaq üçün qoyulan bıçaqla xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanııb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm