Şəkidə iki nəfəri it dişlədi
Bizi izləyin

Hadisə

Şəkidə iki nəfəri it dişlədi

Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib.

Bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan verilən məlumata görə, müayinə zamanı hər iki şəxsin yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm