Həkim əməliyyatdan sonra komaya düşdü və... - Bakıda ŞOK OLAY - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Həkim əməliyyatdan sonra komaya düşdü və... - Bakıda ŞOK OLAY - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

“MediStyle Hospital"da Əziz Bayramlını əməliyyat edən həkim Ayaz Hümbətov Publika.az-a açıqlamasında bildirib ki, əməliyyatdan əvvəl xəstənin bütün müayinələri aparılıb, heç bir problem olmadığından əməliyyat edilib:

“Xəstə özü əməliyyat üçün klinikamıza müraciət etmişdi. Müayinələrini aparıb özünün də razılığı ilə əməliyyat günü müəyyən edilib. Bud-canağ oynağının endoprotezləşmə əməliyyatı etdik. Əməliyyatdan iki gün sonra ayağa qalxdı, sərbəst şəkildə gəzə bilirdi. 4-cü günündə isə artıq evə buraxacaqdıq, lakin xəstə özü əlavə üç gün də qalmaq istədiyini dedi. Mən də müayinələrini etdim və səhəri günü xaricə getdim. İki gün sonra o başında küt ağrıların olmasından şikayətlənib, həmin gün klinikada nevropatoloq olmayıb. Səhəri gün isə nevropatoloq gələnə qədər artıq vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib, sonra komaya düşüb. Nevropatoloq müayinə edib, maqnit rezonans tomoqrafiyası (MRT) edilib. Ona beyin ocağında işemik insult diaqnozu qoyulub. Bir müddət klinikada müalicə alandan sonra dövlət xəstəxanasına köçürülüb. Onun ölüm səbəbinin əməliyyatla əlaqəsi yoxdur. Əməliyyatdan sonra tromb ağciyərə vura bilərdi, ancaq ciyərdə heç bir problem yox idi, həmçinin ona qarşı da lazımı müalicə aparılırdı. Tromblaşma beyində müşahidə edilib. Əziz Bayramlı özü də həkim idi, hansı iynə-dərmana ehtiyacı olduğunu yaxşı bilirdi”.

***

25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlının dünyasını dəyişdiyi Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Publika.az-a verilən məlumata görə, onun ölüm səbəbi əməliyyatı ilə bağlı deyil.

“Əziz Bayramlı özəl klinikada bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib, əməliyyatdan 4 gün sonra o, komaya düşüb. 23 gün həmin klinikada müalicə olunub. Sadəcə tibbi xərcləri ödəyə bilmədiklərindən Binəqədi rayonunda yaşadığına görə bizim xəstəxanaya köçürülüb. Xəstəxanaya yerləçdiriləndə o, huşsuz vəziyyətdə idi. Reanimasiya şöbəsinə yerləşdirdik. 4-5 gün orada müalicəsi davam etdirildi, lakin həyatını xilas etmək mümkün olmadı. Ə.Bayramlının ölüm səbəbi keçirdiyi əməliyyatla birbaşa əlaqəli deyil. O, oynaq əməliyyatı olub, ölüm səbəbi isə beyin arteriyasında tromblaşmadır. Bu problem isə onun yaşı və ya təzyiqində dəyişikliklə bağlı ola bilər”.

***

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. (report)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm