Aksiz markasız araqların realizə edilməsinin qarşısı alındı
Bizi izləyin

Hadisə

Aksiz markasız araqların realizə edilməsinin qarşısı alındı

Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.

DGK-dan Publika.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.

Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm