Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verdi
Bizi izləyin

Hadisə

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 59 yaşlı İrfan Turan Bayburt vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, İrfan Turan Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.


Onların hamısı vergidən yayınmada ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm