Bakı-Quba yolunda dəhşətli qəza: 5 nəfər dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda dəhşətli qəza: 5 nəfər dünyasını dəyişdi

Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci kilometrliyində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə deformasiyaya uğramış “Opel” markalı minik avtomobilinin 5 nəfər sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm