Təyyarədə bomba xəbərini verən ruhi xəstə imiş - YENİLƏNİB-2
Bizi izləyin

Hadisə

Təyyarədə bomba xəbərini verən ruhi xəstə imiş - YENİLƏNİB-2

Bu dəqiqələrdə polis əməkdaşlarının "Report"a verdiyi xəbərə görə, təyyarədə bomba olması ilə bağlı məlumat verən şəxs - 1976-cı il təvəllüdlü A.Girvik ruhi xəstədir.

Həmin şəxsin hava limanının növbətçi polis hissəsində dindirilməsi davam etdirilir.

***

Bu gün saat 10:40-da Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə məlumat doğru deyil. Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sərnişinlərdən birinin vəziyyəti pisləşdikdən sonra o, uçmaqdan imtina edib. Prosedura uyğun olaraq bütün sərnişinlər, həmçinin baqaj yenidən yoxlanışdan keçib.

Hazırda bütün sərnişinlər təyyarədə öz yerlərini alıb və təyyarə uçuşa hazırlaşır.

***

Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysininn təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır.

Bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.

Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.

Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.

Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm