Şamaxıda bir nəfər süni göldə boğulub
Bizi izləyin

Hadisə

Şamaxıda bir nəfər süni göldə boğulub

Şamaxıda bir nəfər göldə boğulub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı şəhərində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 km aralı, nəzarətsiz ərazidə) 1981-ci il təvəllüdlü Əliyev Ramin Əlirza oğlu batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. R.Əliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:20-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm