Toyda 2 nəfər bıçaqlandı - VİDEO
Bizi izləyin

Hadisə

Toyda 2 nəfər bıçaqlandı - VİDEO

Lənkəranda toy məclisində bıçaqlanma faktı qeydə alınıb. Hadisə rayonun Qurunba kəndində baş verib. Toyda yeyib-içən kənd sakini, 40 yaşlı Səxavət Haqverdiyevlə şəxsiyyəti hələlik açıqlanmayan digər həmyerlisi arasında şəxsi mübahisə davaya çevrilib. Həmyerlilərini ayırmağa cəhd göstərən digər kənd sakini, 31 yaşlı Camal Şəkərov Səxavət Haqverdiyevin bıçağına tuş gəlib.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış Camal Şəkərov və Səxavət Haqverdiyev ətrafdakıların müdaxiləsi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlərin nəzarəti altında olan yaralılara müvafiq tibbi yardım göstərilir. Rayonun hüquq- mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm