Salyan sakini 14 kiloqram narkotiklə tutuldu
Bizi izləyin

Hadisə

Salyan sakini 14 kiloqram narkotiklə tutuldu

Salyan şəhər sakini T.Bayramov 14 kiloqramdan artıq marixuananı satarkən tutulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini Tərlan Bayramov 14 kiloqram 300 qram marixuananı Cəlilabad rayonunda satarkən tutulub.

Üzərində narkotik vasitə aşkarlanaraq tutulan Şabran sakinin evindən də narkotik aşkarlanıb. Şabran RPŞ əməkdaşları tərəfindən avqustun 19-da narkotik vasitə ilə tutulmuş Səxavət Kərimovun evinə baxış zamanı 695 qram tiryək aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm