Dövlət Fondundan 150 min karatlıq almaz itib - ŞOK
Bizi izləyin

Hadisə

Dövlət Fondundan 150 min karatlıq almaz itib - ŞOK

Rusiya Maliyyə Nazirliyinin tabeliyində olan Dövlət Qiymətli Metallar və Daşlar Fondundan 150 min karatlıq almaz itib.

Publika.az Rusiyanın “Kommersant” qəzetinin verdiyi xəbərə istinad edərək bildirir ki, Arxangelsk vilayətində almaz mədənləri olan “Severalmaz” şirkəti cilalanması üçün Dövlət Fonduna 150 min karatlıq almaz göndərib. Lakin sonradan “Severlamaz” şirkəti göndərdiyi xammalın saxta almazla əvəzləndiyini müəyyən edib.

Məsələ ilə bağlı Rusiya Maliyyə Nazirliyi və Dövlət Qiymətli Metallar və Daşlar Fondu müştərək komissiya təşkil edərək araşdırmaya başlayıb. Xəbər təsdiqlənərsə, bu, fondun imici üçün böyük ləkə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm