Bakıda yarım milyon oğurlayanlardan biri də tutuldu
Bizi izləyin

Hadisə

Bakıda yarım milyon oğurlayanlardan biri də tutuldu

Bakıda içində yarım milyon dollara yaxın pul olan seyfi oğurlamış qrupun daha bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 25-də Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub. Saxlanılarkən ondan 3,08 qram tiryək götürülüb.

Qeyd edək ki, avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm