Bakıda ötən gecə qətl törədən şəxs polisə təslim oldu
Bizi izləyin

Hadisə

Bakıda ötən gecə qətl törədən şəxs polisə təslim oldu

Bakı şəhər sakini Nadir İbrahimovu odlu silahdan açılan atəşlə qətlə yetirmiş şəxs könüllü olaraq təslim olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 28-də saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami RPİ 25-ci PB-yə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Araşdırma aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm