Bakıda 49 yaşlı kişi itkin düşüb – FOTO
Bizi izləyin

Hadisə

Bakıda 49 yaşlı kişi itkin düşüb – FOTO

Bakıda 49 yaşlı kişi itib.

İtkin düşən şəxsin yaxınlarının Oxu.Az-a verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Şahverdiyev Taleh Qəhrəman oğlu sentyabr ayının 20-də Bakının Sabunçu rayonu ərazisində itkin düşüb.

Məlumatda bildirilir ki, Şahverdiyev Taleh 2-ci qrup əlildir. Beyin atrofiyasından, qıcolmadan əziyyət çəkir. Sentyabr ayının 20-də gəzmək adıyla evdən çıxıb. Həmin gün qıcolma ilə təcili tibbi yardım vasitəsilə Sabunçu xəstəxanasına yerləşdirilib. Bir müddət sonra özünə gələrək evinə qayıtmaq istədiyini bildirərək oranı tərk edib (xəstəxanadan çıxma vaxtı 17:00 20.09.2015).

İtkin düşən şəxsin sonuncu dəfə Sabunçu rayon 12-ci polis bölməsi ərazisində (Sabunçu xəstəxanası) göründüyü bildirilir. Əynində qara şalvar və göy qısaqol köynək olub.

Həmin şəxs yaddaş pozğunluğundan əziyyət çəkdiyinə görə yaşadığı ünvanı tapması ehtimal edilən deyil.

Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərdən (055) 207-80-03, (055) 207-70-55 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm