Bakıda 2 azyaşlı xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda 2 azyaşlı xilas edildi

Bakıda 2 azyaşlı köməksiz vəziyyətdən xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm