Ermənilər Ağdamı atəşə tutdu: bir ölü
Bizi izləyin

Hadisə

Ermənilər Ağdamı atəşə tutdu: bir ölü

Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin minaatandan atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdamın Qaradağlı kənd sakini 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.

Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm