"Jeep" ana və oğulu vurdu, oğul öldü
Bizi izləyin

Hadisə

"Jeep" ana və oğulu vurdu, oğul öldü

Bakıda maşın ana və azyaşlı oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Publika.az-a verilən məlumata görə, sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.

Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib, F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm