Yük qatarı yaşlı kişini vurub öldürdü - FOTOLAR
Bizi izləyin

Hadisə

Yük qatarı yaşlı kişini vurub öldürdü - FOTOLAR

Lənkəranda yük qatarı dəmiryol xəttinin üstündən keçmək istəyən yaşlı kişini vurub.

"Report" xəbər verir ki, hadisə Osmanlı-Astara dəmiryolunun 150-ci km-də, Lənkəran rayonunun Göyşaban dəmiryol stansiyasının yaxınlığında baş verib. Yüksək sürətlə hərəkət edən yük qatarı rayon sakini 77 yaşlı Hacıyev Qiyas Mustafa oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimallara görə, Q.Hacıyev eşitmə qüsurlu olduğundan qatarın siqnal səsini eşitməyib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm