Ağstafada gəlin maşını aşdı, yaralılar var - FOTOLAR
Bizi izləyin

Hadisə

Ağstafada gəlin maşını aşdı, yaralılar var - FOTOLAR

Ağstafada gəlin maşını qəzaya uğrayıb.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyundai" markalı avtomobil "Naz-Lifan" markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı bəy xəsarət almasa da, sürücü 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü.

Fakta bağlı araşdırmalara başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm