Arvadını öldürüb intihar etdi
Bizi izləyin

Hadisə

Arvadını öldürüb intihar etdi

Ötən gün Bakının Nəsimi rayonunda mənzildə 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının meyiti tapılıb.

APA-nın məlumatına görə, qadının qətlə yetirildiyi, kişinin isə intihar etdiyi məlum olub.

Ağayeva Gülnurə yataq otağında boğazı kəsilərək qətlə yetirilib. Qurbanov Şahinin meyiti isə hamam otağında aşkarlanıb. Meyitləri tapılan şəxslər ər-arvad olub.

Onlarla bağlı məlumatı FHN-ə qadının bacısı verib. Mənzilin qapısını sındıraraq içəri daxil olan xilasedicilər qadının meyitini yataq otağında, kişini isə asılmış vəziyyətdə hamam otağında aşkar ediblər.

Faktla bağlı Nəsimi prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm