• USD 1,7001 0,00% EUR 2,0865 -0,40%
    • GBP 2,3644 -0,53% RUB 0,0300 0,00%

İsmayıllı sakini qəbristanlıqda özünü asdı

  • Hadisə
  • 29 Avqust 2016 10:47
  • 587 Baxış
İsmayıllı sakini qəbristanlıqda özünü asdı

İsmayıllı rayonu İstisu kənd sakini 42 yaşlı İlqar Zülfüqarov intihar edib.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, İ.Zülfüqarov özünü qəbristanlıq ərazisindəki ağacdan asıb.

Sakinlərin sözlərinə görə, o, əvvəllər də dəfələrlə intihara cəhd edib. İ.Zülfüqarov intihar edərkən içkili olub. Belə ki, o axşam saatlarında içkili halda evdən çıxıb. Evlərinin yaxınlığındakı qəbristanlığa gedib. Orada intihar edib. Səhərə qədər yaxınları bütün kənddə onu axtarsalar da, səhər saatlarında qəbristanlıq ərazisində meyitini tapıblar.

Qeyd edək ki, İ.Zülfüqarovun intihar etdiyi gün qardaşı qızının toyu olacaqmış. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>