Rusiya ilə sərhəddə genişmiqyaslı əməliyyat: “Sərhəd Sipər”
Bizi izləyin

Hadisə

Rusiya ilə sərhəddə genişmiqyaslı əməliyyat: “Sərhəd Sipər”

Azərbaycanın hüquq-mühafizə orqanları Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlayıb.

"Report" xəbər verir ki, şimal-qərb rayonlarında "Sərhəd Sipər" əməliyyatları aparılır.

Qax rayonunda da bu əməliyyatlar keçirilir. Rayonun giriş və çıxışlarında postlar qurulub. Yoxlamalar 24 saat davam etdirilir. Gün ərzində Qaxa daxil olan və şəhərdən çıxan avtomobillərdə axtarışlar aparılır.

Qeyd edək "Sərhəd Sipər" əməliyyatları Azərbaycan və Rusiya tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən keçirilir. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdı.

Əməliyyatlar 4 gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm