• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mingəçevirdəki ailə dramı: İşgəncələrə dözməyib intihar etdi – TƏFƏRRÜAT

  • Hadisə
  • 19 May 2015 10:11
  • 991 Baxış
Mingəçevirdəki ailə dramı: İşgəncələrə dözməyib intihar etdi – TƏFƏRRÜAT

Laçın rayonu Köhnəkənd kəndində anadan olan 1967-ci il təvəllüdlü Baxış Əliyev keçmiş həyat yoldaşı Rahilə Salahovanı intihar həddinə çatdırıb.

Publika.az xəbər verir ki, dədə-baba torpaqlarından məcburi köçkün düşən Baxış Əliyev Mingəçevir şəhərində məskunlaşıb.

Baxış Əliyev həmyerlisi Rahilə Salahova ilə ailə həyatı qursa da, bir neçə ildən sonra ailədaxili problemlər, münaqişələr yaranıb. Bu səbəbdən də onların nikahları pozulub. Övladları olduğundan münasibətləri davam edib.

Son 6 ay ərzində Baxış Əliyev tez-tez Rahilənin evinə sərxoş vəziyyətdə gəlib. O, keçmiş həyat yoldaşını nalayiq ifadələrlə söyərək təhqir edib.

İşgəncə və intihar

Baxış Əliyev ötən il iyunun 21-də, saat 08.30-da Rahilə Salahovanı yaşadıqları evdə amansızcasına döyüb və ona ağır bədən xəsarəti yetirib.

Keçmiş ərinin işgəncələrindən, təhqirlərindən cana doyan Rahilə çıxış yolunu özünü öldürməkdə görüb. O, sirkə turşusu içərək intihar edib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rahilənin həyatını xilas etmək mümkün olmayıb, bir gün sonra xəstəxanada ölüb.

Baxış Əliyev Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham edilib və Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Baxış Əliyevin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib.

Prokurorluqdan etiraz

Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq protestində Mingəçevir Şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini və Baxış Əliyevə daha ağır cəzanın verilməsini tələb edib. Prokurorluğun şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Dövlət ittihamçısı Vidadi Cabbarov bildirib ki, Baxış Əliyevə həmin maddə ilə daha ağır cəza təyin edilməlidir.

Onun sözlərinə görə, məhkəmə Baxış Əliyevə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halların olmamasına baxmayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının minimum həddində cəza təyin edib.

Təqsirləndirilən şəxs: “Rahilənin özünü öldürməsində heç bir günahım olmayıb”

Təqsirləndirilən şəxs Baxış Əliyev ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilməyib. O, Rahilə Salahovanı incitmədiyini deyib: “Mən Rahiləni döyməmişəm. O, deyingən olub. Onun deyingənliyindən bezib spirtli içki qəbul etmişəm. Arvadımın özünü öldürməsində heç bir günahının olmayıb”.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, prokurorluğun protesti təmin edilib və Baxış Əliyevin cəzası 5 ilə qədər artırılıb.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR