Hadisə
Qoşulub qaçan 17 yaşlı qız Bakıda özünü öldürdü - TƏFƏRRÜAT- FOTO
Beyləqan rayonunda evdən qaçan 17 yaşlı Aytac Mahmudova özünü Bakıda bibisi evində asıb.
ANS PRESS-in məlumatına görə, bu barədə ANS TV-nin “Sən tək
deyilsən” verilişində bildirilib.
Aytac Mahmudova dünən Ramana qəsəbəsində bibisinin evində
intihar edib. Deyilənlərə görə, Aytac Mahmudova özündən bir yaş
kiçik oğlana qoşulub Sabirabada qaçıbmış. Sonradan oğlanın ailəsi
bundan xəbər tutub və Aytacı qəbul etməyiblər. Bu səbəbdən oğlan
Aytacı atası evinə qaytarmaq istəyib. Lakin qız qayıtmaq
istəməyib.
Belə olan təqdirdə, oğlanla qız Bakıya getməyi planlaşdırıblar.
Plana görə, Aytac ilk öncə Bakıya gedib. Lakin sevdiyi oğlanın
gəlmədiyini gördükdə ona zəng vurub. Lakin zənglərə cavab verən
olmayıb.
Aytac Mahmudovanın yataq xəstəsi olan atası deyir ki, qızının
paytaxtda olduğu barədə ona yaxınları məlumat veriblər. Ata da
dərhal Bakıda yaşayan bacısına zəng vurub. Bununla da Aytac
bibisinin evinə gedib. Orada da sevdiyi oğlana zəng vurub. Lakin
sevdiyi oğlanın etibarsız olduğunu görən Aytac Mahmudova canına
qıyıb.
Qeyd edək ki, Beyləqan rayonunda orta məktəbin 10-cu sinfində təhsil alan 17 yaşlı Aytac Mahmudova ötən ay evlərindən qaçmışdı. Qızın anası bildirib ki, qızını özündən bir yaş kiçik, 9-cu sinif şagirdi olan oğlan qaçırıb. Aytac evdən çıxarkən ailəsinə məktub da yazıb. Qız məktubda ailəsindən incik olduğunu xüsusi vurğulayıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR