Hadisə
Gəncədə dəhşətli uşaq qətli ilə bağlı RƏSMİ AÇIQLAMA
Gəncədə iki azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan
xəbərlərə DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov
münasibət bildirib.
"Bu gün bəzi xəbər saytları aidiyyatı dövlət orqanları ilə heç bir
dəqiqləşdirmə aparmadan dünən baş vermiş bir cinayət barədə təhrif
olunmuş xəbərlər yayıblar. Guya, iki nəfər maskalı şəxs Gəncə şəhər
sakini olan bir nəfərin yaşadığı mənzilə pəncərədən daxil olaraq
onun iki azyaşlı oğlanlarınin başlarını kəsiblər.
Törədilmiş ağir cinayət barədə belə yanlış və tükürpədici
ehtimallar əsasında tez-tələsik xəbər hazırlayaraq onu
ictimailəşdirmək, sözsüz ki, vətəndaşlar arasında əsassız
narahatlığa səbəb olur. Bunu nəzərə alaraq bildirmək istəyirəm ki,
bəli, iyunun 20-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini
Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı
övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal
hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq
xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə
ağır vəziyyətdə olmasını aşkar ediblər.
Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi qaldırılıb və həyata keçirilmiş təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin
sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı,
yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən
törədilməsi müəyyən edilmiş və o şübhəli şəxs qismində saxlanılıb.
Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
/APA/
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər