Qəbələdə taxıl sahəsi yandı
Bizi izləyin

Hadisə

Qəbələdə taxıl sahəsi yandı

Qəbələdə 300 kv.m sahədə biçilməmiş taxıl sahələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Qəbələ rayonu, Quşlar kəndində (rayon mərkəzindən 44 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmış və 300 kv.m sahədə biçilməmiş taxıl sahələri yanıb.

Ərazidə olan digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm