Hesabat
Mal-qaranın xəstələnməsi halları azalıb
Son vaxtlar Azərbaycanın 10 rayonunda iribuynuzlu mal-qara arasında "Nodulyar dermatit" virus xəstəliyinə yoluxma halları azalır. Lakin bu rayonlarda mal-qara bazarının işi hələ bərpa edilməyib.
Bunu cümə axşamı Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, sutka ərzində heyvanların xəstəliyə yoluxma halları orta hesabla 2 dəfə azalıb: "Son vaxtlar heyvanların xəstəliyə yoluxma halları Bərdə, Ağcabədi, Zərdab rayonlarında qeydə alınıb. Xəstəliyin yayılmasının qarşısının alınması üzrə tədbirlər, yəni dezinfeksiya, dezinseksiya işləri və heyvanların simptomatik müalicəsi davam edir".
Y.Xanvəli bildirib ki, paytaxta və rayon mərkəzlərinə çatdırılan mal-qara və ət diqqətlə yoxlanılır: "Payızın gəlməsi və xəstəlik daşıyıcıları olan milçək və digər qansoran həşəratların fəallığının azalması ilə əlaqədar heyvanların xəstəliyə yoluxmasının tam aradan qalxması gözlənilir: "İstənilən halda vəziyyət Baytarlıq Xidmətinin nəzarəti altındadır".
Qeyd edək ki, xəstəlik ilk dəfə təqribən 2 ay əvvəl Ağdaş, Biləsuvar, Cəlilabad və Ucar rayonlarında aşkarlanıb. Əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral zonada baş verib.
"Nodulyar dermatit" xəstəliyi qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq