Dövlət büdcəsinin gəlirləri 11 milyard manatdan çoxdur
Bizi izləyin

Hesabat

Dövlət büdcəsinin gəlirləri 11 milyard manatdan çoxdur

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 11087,2 milyon manat, xərcləri 10313,2 milyon manat olub. Büdcənin profisiti 774 milyon manat və ya ümumi daxili məhsulun 2,3 faizini təşkil edib.

Publika.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, büdcə gəlirlərinin 14,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16 faizi əlavə dəyər vergisindən, 5 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olub, 54,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm