“Neftçi”də “yarpaq tökümü” davam edir - “Bürünc-66”-nın iştirakçısı da qovuldu
Bizi izləyin

İdman

“Neftçi”də “yarpaq tökümü” davam edir - “Bürünc-66”-nın iştirakçısı da qovuldu

Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə “Mladost”la (Monteneqro) qarşılaşacaq “Neftçi”də “yarpaq tökümü” davam edir.

Bir müddət əvvəl Qarabağ müharibəsi veteranı, klubun operatoru Dadaş Zeynalov işindən uzaqlaşdırılmışdı. İki gün əvvəl isə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin uşaqlıq dostu, Qarabağ müharibəsi veteranı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki Hamlet İsmayılov klubun təhlükəsizlik idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Hər iki istefa “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovun istəyi ilə baş tutmuşdu.

Publika.az Komanda.az-a istinadən xəbər verir ki, bu dəfə “Neftçi”dən uzaqlaşdırılan klubun təcrübəli həkimi Boris Xetaqurov olub. Daha doğrusu, “Neftçi”nin tibbi bərpa mərkəzinin baş həkimi kimi çalışan Xetaqurov bir neçə gün əvvəl - iyulun 1-də postundan uzaqlaşdırılıb.

Xetaqurov uzun illər “Neftçi”də və milli komandalarda həkim kimi fəaliyyət göstərib. O, “ağ-qaralar”ın SSRİ çempionatının bürünc medallarını qazandığı 1966-cı ildə də komandanın həkimi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm