İdman
Azərbaycan boksçuları beynəlxalq turniri 14 medalla başa vurublar
Şağan Olimpiya İdman Kompleksində boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirinə yekun vurulub.
Publika.az Azərbaycan Boks federasiyasına istinadən məlumat
verir ki, Azərbaycan komandası yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc
medalla başa vurub. Son ölkə çempionu Tural Əhmədov beynəlxalq
turnirdə də 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü
finalda Qırğızıstan idmançısı Bektur Otoqonovu məğlub edib.
Lorenzo Sotomayor da (64 kq) yarışı 1-ci yerdə başa vurub. Kuba
əsilli boksçumuz həlledici görüşdə Gürcüstan idmançısı İrakli
Melikaşvilini üstələyib.
İlk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak
edən Jaba Xositaşvili (75 kq) bütün rəqiblərindən üstün olub. "Baku
Fires" klubunun digər üzvü Denis Latipov (91+kq) isə finala vəsiqə
qazansa da, yarımfinalda idmançıya yaraşmayan hərəkət etdiyindən
diskvalifikasiya olunub.
49 kq
Denis Kozaruk (Ukrayna) - Turat Osmonov (Qırğızıstan) - T.Osmonov
qalib gəlib
52 kq
Zarid Jumayev (Türkmənistan) 0: 3 Oldjas Satibayev (Qazaxıstan)
56 kq
Tural Əhmədov (Azərbaycan) 2: 1 Bektur Otoqonov (Qırğızıstan)
60 kq
Aşxat Nametkerim (Qazaxıstan) 0: 3 Zakir Safiullin (Qazaxıstan)
64 kq
İrakli Melikaşvili (Gürcüstan) 0: 3 Lorenzo Sotomayor
(Azərbaycan)
69 kq
İqor Xaritonov (Rusiya) 3: 0 Qela Abaşidze (Gürcüstan)
75 kq
Tomas Pivorun (Litva) 0: 3 Kamran Şahsuvarlı (Azərbaycan)
81 kq
Jaba Xositaşvili - Dauren Yelusinov (Qazaxıstan) - J.Xositaşvili
qalib gəlib
91 kq
Tadas Tamaşkauskas (Litva) 2: 1 Heydər Heydərov (Azərbaycan)
91+kq
Denis Latipov (Azərbaycan) - Mixail Baxtidze (Gürcüstan) -
D.Latipov diskvalifikasiya olunub
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər