Məşqçi jurnalistə hücum çəkdi
Bizi izləyin

İdman

Məşqçi jurnalistə hücum çəkdi

KONKAKAF-ın “Qızıl kubok”unun qalibi Meksika yığmasının baş məşqçisi Miqel Errera jurnalistə hücum çəkib.

Publika.az xəbər verir ki, hadisə Filadelfiya aeroportunda baş verib. Həmin vaxt Meksika yığması ABŞ-dan vətənə qayıdırmış.

Jurnalist Kristian Martionoli iddia edir ki, Errera ona hücum edərək, sifətinə zərbə endirib. Baş məşqçi insidentin olduğunu etiraf edib. Ancaq o, jurnalisti vurmadığını, onu sadəcə, itələdiyini bildirib.

Martinoli Migel Erreranın fəaliyyətini tənqid edən jurnalist kimi tanınır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm